Türkiyənin ən parlaq simaları Bakıda- YENİ YARIŞMAYA START VERİLİR

Türkiyənin ən parlaq simaları Bakıda

Film sektoruna parlaq simalar qazandırmağı öz qarşısına məqsəd qoyan “II Sinema Gözəli” yarışmasına hazırlıqlar artıq başlayıb.
Gununsesi.info xəbər verir ki, İstanbulda təşkil olunacaq final gecəsinə Bakıda seçimlərdə qalib gəlmiş biri oğlan, digəri qız olmaqla iki iştirakçı qatılacaq. Bununla da türk filmlərinin şans qapıları azərbaycanlı gənclərin üzünə açılır.
İlk dəfə keçən il təşkil olunmuş və bütün diqqətləri öz üzərinə çəkməyi bacarmış yarışmanın seçimləri Bakıda baş tutacaq. Münsiflər heyəti arasında Salih Güney, Tamer Karadağlı, Vilma Elles, Arif Kerem, Ceren Kaplakarslan, Avni Kütükoğlu, Məlahət Abbasova və modelyer Gülnarə Xəlilova yer alacaq.

 


Gununsesi.info

COMMENTS