Türkiyənin “əsgərlərimizi geri verin” tələbi rədd olundu

  • By admin
  • 04 May 2017 14:58

10

Mayın 4-də Yunanıstan məhkəməsi növbəti dəfə Türkiyənin tələbini rədd edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yunanıstan məhkəməsi Türkiyənin 2 çevriliş iştirakçısının qaytarılması tələbini rədd edib.

Qeyd edək ki, mayın 3-də Yunanıstan məhkəməsi Türkiyənin daha 3 hərbçi ilə bağlı eyni tələbini rədd edib.

Xatırladaq ki, Türkiyədə iyulun 15-də baş vermiş uğursuz dövlət çevrilişi cəhdindən sonra 8 hərbçi helikopterlə Yunanıstana qaçıb. Onlar Afinadan siyasi sığınacaq istəyiblər.

Anar

Gununsesi.info