Türkiyənin 60 kəndində komendant saatı elan olundu

  • By admin
  • 06 Fevral 2018 20:00

Türkiyənin Diyarbəkir vilayətinin 60 kəndində komendant saatı elan olunub.

Gununsesi.info xəbər verir ki, bu qərara səbəb Türkiyənin polis və jandarm qüvvələrinin PKK terror təşkilatına qarşı əməliyyatlarının gözlənilməsi olub.

Komendat saatının ləğv olunma vaxt barədə məlumat verilməyib.

Qeyd edək ki, Türkiyədə bir neçə həftə əvvəl Batman və Şırnak vilayətlərində komendant saatı elan edilmişdi.

Gununsesi.info