Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb

Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ölkənin 77 vilayətində qaçaqmalçılara və qanunsuz silah saxlanmasına qarşı “Mercek-19” kod adlı əməliyyat keçiriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Məlumata görə, əməliyyat nəticəsində 1 877 silah müsadirə edilib, 2 089 şübhəli şəxs barəsində cinayət işi açılıb.