ABŞ PKK terror təşkilatına qarşı mübarizədə Türkiyə və xalqının yanında möhkəm dayanmağa davam edəcək.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonun YPG/PKK terror təşkilatına dəstəyi ilə bağlı Anadolu agentliyinin sualını cavablandırarkən deyib.
O, ABŞ-ın bu yaxınlarda Türkiyənin paytaxtı Ankarada törədilmiş terror aktını qətiyyətlə qınadığını vurğulayıb.
Diplomat Türkiyə Silahlı Qüvvələrinin bazar günü İraqın şimalında PKK terrorçularına qarşı həyata keçirdiyi hava əməliyyatını da şərh edib. “Biz PKK-nın Türkiyənin təhlükəsizliyinə yaratdığı təhdidləri tanıyırıq və Türkiyəni İraqın suverenliyi və ərazi bütövlüyünü qoruyan və hörmət edən bir şəkildə terrora qarşı mübarizədə İraqla əməkdaşlığı davam etdirməyə çağırırıq”.
Səid Əhmədli
Gununsesi.info