Türkiyənin AVRO 2024 qruplarında son rəqibi müəyyənləşir

  • By admin
  • 22 Mart 2024 13:55

2024-cü il futbol üzrə Avropa çempionatında (AVRO 2024) F qrupunda yer alan Türkiyənin milli yığma komandasının son rəqibi müəyyənləşib. Bu rəqib Gürcüstan-Yunanıstan matçının qalibi olacaq.

Gununsesi.info xəbər verir ki, Yunanıstan və Qazaxıstan 2024-cü il Futbol üzrə Avropa Çempionatının (AVRO 2024) pley-off yarımfinalında üz-üzə gəlib. Yunanıstan rəqibini 5:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Bu nəticədən sonra Yunanıstan finala yüksəlib və Lüksemburqu mübarizədən kənarlaşdıran Gürcüstanla qarşılaşıb. Martın 26-da keçiriləcək final matçında qalib gələn komanda Türkiyə, Portuqaliya və Çexiyanın yer aldığı AVRO 2024 F qrupunda iştirak edəcək.

İyunun 14-də başlayacaq AVRO 2024 iyulun 14-də Münhendə keçiriləcək final oyunu ilə yekunlaşacaq.

 

Gununsesi.info