“Türkiyənin Avropa Birliyi yolunda irəliləməsi bizim də çıxarımızadır” - Almaniya XİN

  • By admin
  • 25 Noyabr 2016 18:12

almaniya-sefirlik

Almaniya baş naziri Angela Merkelin mətbuat xidmətinin rəhbəri Ulrike Demmer mətbuata açıqlamasında bildirib ki, AB-Türkiyə razılaşması hər iki tərəf üçün uğurlu bir razılaşma hesab edirik və bu razılaşmanın davam etməsi hər iki tərəfin xeyrinədir.

Gununsesi.info-nun məlumatına görə, o, qeyd edib ki, hazırda tərəflərin bir-birinə təhditlər söyləməsi fayda gətirməyəcək:

“Çətinliklər var, amma çalışıb bunların öhdəsindən gəlməliyik”.

Daha bir açıqlama isə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Savsan Çebli də mətbuata verdiyi açıqlamada bildirib ki, AB və Türkiyə miqrant razılaşmasına sadiq qalmalıdır.

Əlavə olaraq Çebli bildirib ki, Türkiyənin AB yolunda irəliləməsi bizim də çıxarımızadır:

“Türkiyənin bu yoldan ayrılmasının yaxşı olacağını düşünmürük”.

Gununsesi.info