Avropa Parlamenti Türkiyənin Avropa Birliyinə üzvlük müzakirələrinin dayandırılmasını nəzərdə tutan hesabatı qəbul edib.
Gununsesi.info xəbər verir ki, hesabat böyük səs çoxluğu ilə qəbul edilib.
Belə ki, 477 parlamentari hesabatın leyhinə, 64 deputat isə əleyhinə səs verib.
Hesabatı AP-nin Türkiyə üzrə məruzəçisi hollandiyalı parlamentari Kati Piri tərəfindən hazırlanmışdı və Türkiyə ilə müzakirələrin durdurulmasını nəzərdə tuturdu. Bu, 2005-ci ildən bu yana müzakirələrin rəsmi olaraq dayandırılmasına qarşı ilk belə addımdır.
Layihənin ilkin variantında 16 aprel konstitusiya dəyişikliyi paketinin qüvvəyə minəcəyi halda, Türkiyə ilə üzvlük müzakirələrinin dərhal və rəsmi olaraq dayandırılması üçün AB dövlətləri və Avropa Komissiyasına müraciət edilirdi.
Gununsesi.info