

Türkiyədə millət vəkillərinin saxlanılması ilə bağlı proses yeni deyil.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, cari ilin may ayından indiyədək 154 millət vəkilinin toxunulmazlığının aradan qaldırılması barədə qərar çıxarılıb. “Toxunulmazlığı aradan qaldırılan millət vəkilləri arasında bütün AKP, MHP, CHP və HDP-dən olan millət vəkilləri var.Bu günədək AKP, MHP, CHP-dən olan millət vəkilləri məhkəmələrə gedib ifadələrini veriblər”- deyə, diplomat vurğulayıb.
HDP-li millət vəkillərinin saxlanmasına gəldikdə isə diplomat bildirdi ki, HDP-li millət vəkillər dəfələrlə məhkəmələrə dəvət edilsələr də, onlar gəlməyib: “Məhkəmələrdə ifadə vermədiklərinə görə HDP-li millət vəkillərinin saxlanması barədə qərar verilib. Odur ki, onların saxlanması məhkəməyə gedib ifadə verməməsi ilə bağlıdır”.
Diplomat onu da əlavə edib ki, hər kəs məhkəmə qarşısında cavab verməlidir və verəcək də. “Hər kəsməhkəmə qarşısında məsuliyyət daşıyır və onun dəvətindən boyun qaçırmaq olmaz. Hər kəs işlətdiyi cəzanı almalıdır. Məhkəmədən qaçmaq olmaz” – deyə, səfir bildirib.
Mürtəza
Gununsesi.info