Dünən Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil olunub.
Gununsesi.info xəbər verir ki, iftar mərasimində Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, səfirliyin müşaviri, xanım Meral Barlas, səfirliyinin mətbuat üzrə müşaviri Hamid Karadeniz, Azərbaycanın aparıcı KİV-lərinin təmsilçiləri iştirak ediblər.
İsmail Alper Coşkun Bakıda keçirilən Formula 1 üzrə Avropa Qran Prisinin yaxşı təşkil edildiyini, bunu digər ölkələrin təmsilçilərindən də eşitdiyini söyləyib. O, Formula 1-in Azərbaycana hər mənada fayda verəcəyini vurğulayıb.
Səfir Türkiyənin daxili və xarici siyasəti ilə bağlı mövcud vəziyyət, Türkiyə-Azərbaycan münasibətləri, Ankara ilə Moskva arasında yaşananlar, Suriya ətraflnda baş verənlər və digər məsələlər ətrafında danışıb və jurnalistlərin suallarını cavablandırıb.