Türkiyənin Azərbaycandakı səfirliyindən Gununsesi.info–ya verilən məlumata görə, iyunun 28-də İstanbulun Atatürk Hava Limanında törədilən terrorla əlaqədar bu gün Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.
Sfirlikdən bildirildi ki, kitabın imzalanması bir gün ərzində saat 10:00-dan 12:00-a və 14:00-dan 18:00-a kimi həyata keçiriləcək.
Qeyd edək ki, iyunun 28-də axşam İstanbulun Atatürk Hava Limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu-kamikadze özünü partladıb. Hadisə nəticəsində 42 nəfər həyatını itirib, 239 nəfər yaralanıb.
Gununsesi.info