Türkiyənin bələdiyyə başqanları Bakıda şəhid ailələrinin qonağı olub

  • By admin
  • 01 Yanvar 2023 10:51

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfıratın “Qardaş Ailə” layihəsi çərçivəsində qardaş ölkənin iki Bələdiyyə başqanı və şəhid ailələri Bakıda 44 Günlük Vətən Müharibəsi şəhidlərininin evində olub.

Gununsesi.info xatırladır ki,  şəhid  mayor İlkin Əhədzadə və pilotçu mayor Abbas Kazımovun ailələri də  bir müddət əvvəl Türkiyəyə səfər edərək, qardaş ölkənin şəhid ailələrini ziyarət edib.

Şanlıurfa Böyükşəhər Bələdiyyə Başçısı Zeynel Abidin Beyazgül və Haliliye Bələdiyyə Başçısı Mehmet Canpolatı   Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat və Türkiyənin Bakıdakı səfirliyinin təhsil müşaviri Əli Rıza Altunel müşaiyyət edib.

Şəhid İlkin Ehedzadənin evində ziyarət zamanı qonaqları şəhid anaları Yasəmən Əhədza və Siddiqə  Kasımova qarşılayıb.

Onlarla söhbət zamanı Beyazgül Şanlıurfa və Türkiyənin Qarabağ müharibəsində bu savaşa diqqət yetirdiyini bildirib. Döyüşün nəticəsinin və şəhidlərin bütün türk millətinin şərəf və qüruru olduğunu vurğulayan Beyazgül deyib: “Allahutəala “Şəhidlər ölməz, onlar sizin aranızdadırlar, onlara ölü deməyin”. “Allah onların yaxınlarını dünyada da, axirətdə də dirildəcək. Bu torpaq uğrunda yerə yıxılan əsgərlərimiz olub və olacaq. Onlar həm şəhid anaları, həm Allah, həm də cəmiyyətimiz üçün çox qiymətlidirlər. Bizim Şanlıurfada buradakı şəhid ailələrimizin evi açıqdır. Bizdə var.” Sizi qonaq etdiyimiz zaman çox xoşbəxt olacağımızı deyə bilərəm. Bu görüşlər bir millət olduğumuzu gücləndirir.”

Haliliye Bələdiyyə Başçısı Canpolat da Türkiyə və Azərbaycanın ‘bir millət, iki dövlət’ olduğunu ifadə edərək, “Azərbaycanın şəhidləri bizim şəhidlərimizdir, şəhidlərimiz də Azərbaycanın şəhididir, çünki kökümüz, mahiyyətimiz birdir” deyib.

 

TÜİB sədri Hüseyn Büyükfırat isə bildirib ki,  Bakı ilə Şanlıurfanın qardaş olaraq daha da möhkəmlənməsi üçün önümüzdəki günlərdə birlikdə bir çox layihələr həyata keçiriləcək.

Günay Təhməzova

Gununsesi.info