Türkiyənin Bakıdakı səfirliyinin qarşısında aksiya - FOTOLAR

  • By admin
  • 18 Mart 2020 16:39

Bu gün bir qrup şəxs Türkiyənin Bakdakı səfirliyinin önünə toplaşıb.

Gununsesi.org xəbər verir ki, həmin şəxslər azərbaycanlı tanınmış iş adamı Mübariz Mənsimovun Türkiyədə həbs edilməsinə öz etirazlarını bildiriblər.

Mübariz Mənsimova dəstək məqsədi ilə keçirilən aksiyada Türkiyə höküməti əleyhinə şüarlar səsləndiriblər.

 

Sosial şəbəkələrdə yayılan görüntülərdə polislərin peşə borcunu yerinə yetirən jurnalistlərə qarşı sərt davrandığı kameralara tuş gəlib.

 

Aksiya öncədən razılaşdırılmadığından, polis tərəfindənd dağıdılıb.  Həmin aksiyadan olan fotoları sizə təqdim edirik:

 

 

Gununsesi.org