Türkiyənin baş naziri: “Antiterror əməliyyatları başa çatdı”

  • By admin
  • 21 İyun 2016 17:09
bineli
Türkiyənin baş naziri Binəli Yıldırım ölkənin şərq və cənub-şərq bölgələrində həyata keçirilən əməliyyatların sona çatdığını açıqlayıb. 
Gununsesi.info xəbər verir ki, Yıldırım PKK terror təşkilatına qarşı keçirilən əməliyyatların sona çatdığını, artıq ikinci mərhələyə başlamaq lazım olduğunu söyləyib.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri və ölkənin baş naziri partiyasının parlament fraksiyasının iclasında çıxış edib.
Yıldırım ölkə ərazisində həyata keçirilən antiterror əməliyyatları haqda bunları deyib:
“Əməliyyatlar sona çatdı. Artıq ikinci addımı atırıq. Əməliyyatın keçirildiyi rayonların yenidənqurma işlərinə başlaya bilərik. Həmin rayonları yenidən inşa edəcəyik. Bundan sonra gənclərimizi həyata bağlayacaq, dağdan daha gözəl bir gələcək olduğunu yaşadacaq tədbirləri həyata keçirəcəyik. Həmin bölgələrdə yaşayan vətəndaşlarımız üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bu yolla gələcək nəsilləri və bölgə xalqını terrorun istismarından xilas edəcəyik.  (Avropa.info)