Türkiyənin bütün regionlarında antiterror əməliyyatları başladı

  • By admin
  • 03 Oktyabr 2023 16:09

Oktyabrın 3-ü yerli vaxtla səhər saat 08.30-a olan məlumata görə, 13440 təhlükəsizlik qüvvəsinin iştirakı ilə Türkiyə boyu 466 antiterror əməliyyatı keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Erlikaya sosial şəbəkələrdə məlumat verib.

Türkiyə Daxili İşlər Nazirliyinin başçısı bildirib ki, “Qəhrəmanlar” (Kahramanlar) əməliyyatı çərçivəsində Türkiyənin Mersin, Van, Şanlıurfa, Mardin və Aydın vilayətlərində separatçı terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinən 12 nəfər yaxalanıb.

Onun sözlərinə görə, Mardin, Şanlıurfa, Diyarbəkir, Qaziantep, Mersin, Şırnak, İstanbul, Bursa, Batman, Dənizli, Adana, Kayseri, Antalya, Konya, Isparta və Kocaeli də daxil olmaqla 16 vilayətdə keçirilən əməliyyatlar zamanı 55 terror şübhəlisi ələ keçirilib.

Yerlikaya qeyd edib ki, əməliyyatlarda polis və jandarma xüsusi təyinatlı dəstələri, o cümlədən təhlükəsizlik qüvvələri olmaqla 960 bölmə, ümumilikdə 13440 nəfər iştirak edib.

Daxili İşlər Nazirliyinin rəhbəri Türkiyə təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı mübarizəsini davam etdirəcəyini vurğulayıb.

Səid Əhmədli
Gununsesi.info