
Çərşənbə axşamı Türkiyədə 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə AFAD məlumat yayıb.
Zəlzələlərin episentri Kahramanmaraş şəhərindən 100 km şimal-şərqdə yerləşib. Mənbə 5 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, bu, çərşənbə axşamı ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində qeydə alınan ikinci zəlzələdir.
Xatırldaq ki, fevralın 6-da bölgədə 48 mindən çox insanın ölümünə səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.
Gununsesi.info