Türkiyənin cari əməliyyatlar hesabında 2,7 mlrd. dollarlıq kəsir yaranıb

  • By admin
  • 11 Yanvar 2022 16:21

2021-ci ilin noyabr ayında Türkiyənin tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri 2,68 mlrd. ABŞ dolları təşkil edib.

Bu barədə Gununsesi.info Türkiyə Mərkəzi Bankının məlumatına istinadən xəbər verir.

Qeyd olunur ki, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 866 mln. dollar azdır. Oktyabr ayında isə ölkənin cari əməliyyatlar hesabında 3,15 mlrd. dollarlıq profisit qeydə alınmışdı.

Xatırladaq ki, ölkənin cari əməliyyatlar hesabının 12 aylıq kəsiri noyabrda 14,25 mlrd. dollar təşkil edib.

 

Gununsesi.info