Türkiyənin də qatıldığı NATO təlimləri başa çatdı

  • By admin
  • 18 Mart 2024 12:24

Polşada Türkiyənin də daxil olduğu blokun 9 ölkəsinin iştirakı ilə NATO-nun “Steadfast Defender 24” təlimləri keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin X sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

“Türkiyə də daxil olmaqla 9 NATO ölkəsinin iştirakı ilə Polşada keçirilən “Steadfast Defender 24” təlimi uğurla başa çatıb.

NATO bu manevrləri “Soyuq Müharibədən sonra Avropada keçirilən ən böyük hərbi təlim” adlandırıb.

Alyansın “yaxın həmyaşıd olan düşmənlərə qarşı Avropa müdafiəsini gücləndirmək üçün NATO-nun müdafiə planlarını sınaqdan keçirmək və təkmilləşdirmək üçün nəzərdə tutulduğunu” söylədiyi təlimə 90,000 hərbçi cəlb edilib.

 

Gununsesi.info