Türkiyənin daha bir bölgəsində meşə yanğını başlayıb - FOTO/VİDEO

Türkiyənin Muğla vilayətində meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə regional Meşə Region Müdirliyi xəbər yayıb.

Bildirilir ki, yanğın küləyin təsiri ilə daha da böyüyüb.

Hadisə ilə əlaqədar meşə təsərrüfatı işçiləri və xilasetmə qrupları, həmçinin təyyarə və helikopterlər cəlb olunub.
Xatırladaq ki, avqustun sonlarında Çanaqqala, Bilecik və İstanbulda da meşə yanğınları olmuşdu.