Türkiyənin daha bir şəhərində GÜCLÜ ZƏLZƏ OLDU -YENİLƏNDİ

Türkiyənin Malatya şəhərində baş vermiş 5.6 bal gücündə zəlzələ nəticəsində dağıntılar olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ Kahramanmaraş, Qaziantep, Adıyaman və Şanlıurfa kimi ətraf vilayətlərdə də hiss olunub.

HTML tutorial

Məlumata görə, axtarış-xilasetmə briqadaları zəlzələ bölgəsində fəaliyyətə başlayıb. Ata və qızı da daxil olmaqla bir neçə nəfərin dağıntılar altında qaldığı bildirilir.

Türkiyənin vitse-prezidenti Fuad Oktay mətbuata açıqlamasında deyib ki, bu gün qeydə alınan zəlzələ nəticəsində iki nəfər xəsarət alıb. O, vətəndaşları zədəli binalardan uzaq olmadığı çağırıb.

09:04

Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 maqnitudalı zəlzələ olub.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 8,51 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 06:51-də qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Gununsesi.info