Türkiyənin daha bir vilayətində zəlzələ

  • By Mina
  • 03 Aprel 2024 12:36

Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Doğanşehir rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.5 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 13.9 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Gununsesi.info