Türkiyənin daxili işlər naziri azərbaycanlı jurnalistlərlə görüşüb

  • By admin
  • 11 İyul 2017 13:12

19989018_1400410653342259_624780832_n

Bu gün Türkiyənin daxili işlər naziri Süleyman Soylu 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşüb.

Gununsesi.info-nun məlumatına görə, görüşdən öncə S. Soylu və jurnalistlər Türkiyə Nazirlər Kabineti yanında Mətbuat və İnformasiya Baş İdarəsində 15 iyul hərbi çevriliş cəhdi ilə əlaqədar təşkil edilən fotosərgi ilə tanış olublar.

S.Soylu hərbi çevriliş cəhdinin qarşısının alınması zamanı  şəhid və qazi olanlara ehtiramını bildirib: “O gecəni yaşayanlar, heç bir şey düşünmədən, etnik və siyasi mənsubiyyətinə baxmayaraq demokratiya uğrunda mübarizə aparanlar, həyatlarını riskə qoyaraq öz peşə borclarını yerinə yetirənlər böyük fədakarlıqlar etdilər. Millət olmaq asan deyil. 15 iyul 21-ci əsrdə millət olmaq şüurunu bizə yenidən qaytardı. Torpaq, demokratiya, bəşəriyyət üçün nələr edilə biləcəyini ortaya qoydu. 15 iyul tək bir millətin sınağı deyil, həm də demokratiyanın sınağıdır. Biz demokratiya üçün fədakarlıqlar edə-edə gələn bir millətik. Bu ölkəni zəiflətməyə çalışaraq, bu ölkəyə bədəl ödətməyə çalışdılar. 15 iyulda bu millət böyük bir qəhrəmanlın dastanı yazıb. 15 iyul bir dastanıdır”.

Türkiyənin daxili işlər naziri bildirib ki, Türkiyəni müxtəlif yollarla zəiflətməyə çalışırlar: “Ancaq biz elə bir millətik ki, hər zaman yenidən ayağa qalxırıq. 15 iyulda Türkiyənin zəifləyəcəyini, parçalayacağını düşündülər. Ancaq bu gün Türkiyə daha da inkişaf edib. 15 iyul böyük bir imtahan oldu. 15 iyulda baş verənləri özümüzə qarşı haqsızlıq sayırıq. 15 iyul çevrilişə cəhd edən, onların arxalarında olanlar kim olursa olsun, buna görə cavab verəcəklər. 15 iyul demokratiyaya nə dərəcədə sadiq olduğumuzu göstərdi. Bizim millətimiz böyük bir millətdir və bunu ölümü, yaralanmağı gözə alaraq, keçən il 15 iyulda göstərib. Mən bu millətin övladı, bir parçası olmaqdan qürur duyuram. 15 iyulda bizə dəstək verən dost, qardaş dövlətlərə təşəkkür edirik”.

S.Soylu qeyd edib ki, Türkiyədə demokratiya və insan hüquqlarının necə qorunacağını dünyaya nümayiş etdirən prezident Rəcəb Tayyib Ərdoğan, qətiyyətli baş nazirimiz Binəli Yıldırım var: “Bu millətin uğrunda həyatlarını qurban verən şəhidlərimiz, qazilərimiz var. Bizim millət böyük, cəsur bir millətdir. Tankların önünə yalın əllərlə çıxmaq cəsarəti bizə məxsusdur. Bəzən saatlarla danışaraq anlatmağa çalışdığımız məqamları bir foto anladır. 15 iyulda mübarizə apararaq həyatlarını təhlükəyə qoyan, yaralanan, yaralanmayan hər bir kəs bizim üçün qazidir”.

19987506_1400410713342253_1487733932_n

Gununsesi.info