Türkiyənin daxili işlər naziri hadisə yerindədir - FOTO

  • By Ayshan
  • 11 Noyabr 2025 21:43

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Türkiyə Silahlı Qüvvələrinə aid C-130 təyyarəsinin qalıqlarının olduğu bölgəyə çatıb.

Gununsesi.info xəbər verir ki, Daxili İşlər Naziri Ali Yerlikaya paylaşdığı açıqlamada “Gürcüstan rəsmiləri ilə koordinasiya içində axtarış-xilasetmə işləri aparılır. Təyyarənin qalıqlarına saat 17:00 radələrində çatılıb. Şəhid olan hərbçilərimizə Allahdan rəhmət, ailələrinə və millətimizə başsağlığı diləyirəm.” – deyə bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, təyyarə Azerbaycan sərhədindən təxminən 5 km məsafədə, Siqnaxi bölgəsi yaxınlığında qəzaya düşüb. Rəsmi qurumlar qeyd edir ki:

Təyyarənin radar əlaqəsi qəfildən kəsilib.

Təyyarə heç bir təcili siqnal göndərməyib.

Qəza ilə bağlı istintaq başlanıb.

Gununsesi.info