Türkiyənin Düzcə şəhərində yenidən zəlzələ oldu

Türkiyənin Düzce şəhərində 4,3 bal gücündə daha bir zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, zəlzələ yerli saatla 06:57-də qeydə alınıb.

İlkin məlumatlara görə, yerdən təxminən 9 kilometr dərinlikdə baş verən afterşokda heç bir mənfi hal yaşanmayıb.

Qeyd edək ki, çərşənbə günü baş verən 5,9 bal gücündə zəlzələdən sonra 300-ə yaxın yeraltı təkan olub.

Gununsesi.info