Türkiyənin milli silahı “MPT 76″nın eskizini xarici kəşfiyyat orqanlarına satan şəxsin işinin araşdırması başa çatıb.
Gununsesi.info xəbər verir ki, Türkiyənin hərbi sənayesinin mühüm müəssisələrindən olan “Makine ve Kimya Endüstrisi (MKEK) Kırıkkale Silah Fabrikası”nın keçmiş baş direktoru Mustafa Tanrıverdinin cinayət işi tamamlanıb və artıq məhkəməyə göndərilib.
İstintaqın gedişində məlum olub ki, Mustafa Tanrıverdi Genel Müdürü Türkiyənin milli layihəsi olan MPT 76 və MP 5 piyada avtomatik silahının çertyojlarını ABŞ-ın silah firmalarından birinin nümayəndəsinə satmaq istəyib. Onun bu eskizləri 200 min lirə və 300 min ABŞ dolları qarşılığında satmaq istəməsi məlum olub.
Prokuror məhkəmədən Mustafa Tanrıverdi üçün 29 il həbs cəzası istəyib.
Xatırladırıq ki, Mustafa Tanrıverdi eskizləri satarkən MİT əməkdaşları tərəfindən həbs olunmuşdu. (Olke.az)