İranın raket hücumları fonunda Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iftar proqramında çıxışı zamanı deyib.
“Qabaqlayıcı tədbirlər görülür”, – Ərdoğan bildirib və əlavə edib ki, hazırda əsas məqsəd Türkiyəni bölgədəki gərginlikdən uzaq tutmaqdır.
“İrana hücumlara görə, yarana biləcək məzhəb və etnik ayrı-seçkiliyə də qarşıyıq”, – Türkiyə Prezidenti bildirib.












