Türkiyənin ilk astronavtı Yerə qayıdır – VİDEO

  • By admin
  • 02 Fevral 2024 17:10

Türkiyənin ilk astronavtı Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyanı tərk edir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Axiom Space” şirkəti sosial media hesabında məlumat yayıb.

Gezeravcı “Dragon” kapsulunda komanda yoldaşları ilə birlikdə Yerə qayıdacaq. Alper Gezeravcı və komandasının Türkiyə vaxtı ilə saat 17.50-də Beynəlxalq Kosmik Stansiyadan ayrılacağı bildirilib.

Alper Gezeravcı təxminən iki həftəlik stansiyada qaldığı müddətdə 13 fərqli təcrübə həyata keçirib.

Gununsesi.info