
Türkiyənin ilk qadın naziri Prof. Dr. Türkan Akyol vəfat edib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, T.Akyol 89 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Belə ki, T.Akyol 1928-ci il oktyabrın 12-də İstanbulda anadan olub. O, 1947-ci ildə Ərənköy qızlar liseyini, 1953-cü ildə Ankara Universiteti tibb fakültəsini bitirib.
Qeyd edək ki, T.Akyol 1965-ci ildə dosent, 1970-ci ildə professor elmi adını alıb. 1959-1962-ci illərdə ABŞ-da, 1965-ci ildə Fransada, daha sonra Hollandiyada elmi-tədqiqiat sahəsində çalışıb.
İki övlad sahibi olan T.Akyol 1971-ci il dekabrın 13-dək səhiyyə naziri olub, 1980-ci il mayın 31-dən 1982-ci il iyulun 31-dək Ankara Universitetinin rektoru vəzifəsində işləyib.
Anar
Gununsesi.info