Türkiyənin iqtisadiyyat naziri Bakıya gəlir

  • By admin
  • 19 Dekabr 2016 17:08
25699814
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi Azərbaycana iki günlük səfər gəlir.
 Bu barədə Gununsesi.info-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
 Səfirlikdən bildirilib ki, səfər  dekabrın 20-də reallaşacaq.
Dekabrın 21-dək davam ecəcək səfərdə əsas məqsəd Türkdilli ölkələrin  əməkdaşlıq Şurasının Bakıda keçirilən toplantısında iştirak etməkdir.
Səfər çərçivəsində türkiyəli nazir Bakıda bir sıra rəsmi görüşləri də nəzərdə tutulub. Bakıda  keçiriləcək görüşlərdə türkiyəli nazir  mövcud vəziyyət və iki ölkə arasındakı gələcək inkişaf perspektivləri, əlaqələrin daha da dərinləşdirilməsi, eyni zamanda  həyata keçirilən  birgə layihələr müzakirə olunacaq.
Mürtəza 
Gununsesi.info