
Türkiyənin Side şəhərində populyar Antalya turist əyalətində qəribə tapıntı olub: müasir binanın altında, çoxdan bəri arxeoloji qazıntılar aparılan rayonda qədim sinaqoqun dağıntıları aşkar edilib. Bu erkən orta əsrlərdə Türkiyənin Aralıq dənizi sahillərində iri yəhudi icmasının mövcud olduğunu nümayiş etdirir.
Model ev eramızın VII əsrinə aiddir. Dağıntılar arasında üzərində menora (iudaizmin qədim rəmzi) təsviri, ivrit və yunan dillərində yazılmış təsirli kitabəsi olan fraqment tapılıb. Yazıdan bu qənaətə gəlmək olar ki, tikinti üçün pulu Korakesiondan (müasir Antalyanın ərszisi) olan İosif iki yaşında dünyanı tərk etmiş oğlu Danielin xatirəsi üçün ianə edib.
“İndiyədək yəhudilərin Sidedə yaşaması haqqında bəzi tarixi yazılar mövcud olub, amma biz ilk dəfə olaraq əsaslı sübut əldə etmişik. Sinaqoqin konstruksiyasının xüsusiyyəti elədir ki, məscid və ya kilsədən fərqli olaraq, o qədər də yaxşı görünmür və onları aşkar etmək asan deyil”, – bunu qazıntılarda iştirak edən Türkiyəli arxeoloq Feriştah Alanyala söyləyib.
Bu tapıntıdan əvvəl regionda yəhudilərin bu qədər erkən mövcud olmasının sənədli sübutu olmayıb. Lakin indi biz dəqiq bilirik ki, yəhudilər orada yaşayıb və ehtimal ki, Türkiyə torpağının altında hələ xeyli maraqlı şeylər gizlənib.
Hər halda indi Korakesiondan olan İosifin ruhu şad ola bilər, çünki uşaq vaxtı 1400 il bundan əvvəl vəfat etmiş oğlu Danielin adı həmişəlik tarixdə qalacaqdır.
Gununsesi.info