Türkiyənin Londondakı konsulluğu qarşısında Quran yandırılıb

  • By Admin2
  • 14 Fevral 2025 15:33

İngiltərənin paytaxtı Londonda Türkiyə konsulluğunun binası qarşısında təcavüzkar Quranı yandırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hücumu həyata keçirən təxribatçıya bıçaqlı şəxs hücum edib.

Əlində bıçaq olan şəxs Quranı götürərək etirazçının üzünə tüpürüb.

X sosial media platformasında yayımlanan görüntülərdə kürək çantası və başlıqlı bir adamın əlində yanan kitab olduğu görünür.

Hadisə yerinə təcili yardım və polis qruplarının sövq edildiyi bildirilib.

 

Orxan Saffari

Gununsesi.info