Türkiyənin Mərkəzi Bankının yeni sədri o oldu – FOTO

  • By admin
  • 03 Fevral 2024 09:27

Hafizə Qayə Ərkanın istefasından sonra Türkiyənin Mərkəzi Bankının sədri vəzifəsinə hazırda bankda vitse-prezident vəzifəsini icra edən Fatih Karahan təyin edilib.

Gununsesi.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı təyinat qərarı “Resmi Gazete”də dərc olunduqdan sonra qüvvəyə minib.

Xatırladaq ki, Hafizə Qayə Ərkan sosial media hesabında paylaşımında Türkiyə prezidentindən Mərkəzi Bankın sədri vəzifəsindən azad edilməsini xahiş edib.

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək sosial media hesabında bildirib ki,  “Mərkəzi Bankın prezidenti xanım Hafizə Qayə Ərkanın verdiyi qərar tamamilə şəxsi və öz mülahizələri ilə bağlıdır”. Qərarına hörmətlə yanaşır və ölkəmiz üçün dəyərli xidmətlərinə görə ona təşəkkür edirəm”, – deyə o qeyd edib.

Gununsesi.info