Gununsesi.info xəbər verir ki, tanınmış türkiyəli aktrisa Aytaç Öztuna Bakıya gəlib.
Aktrisanı Bakıya əməkdar incəsənət xadimi Məlahət Abbasova gətirib və verilişində qonaq edib. Aytaç Öztuna “Məlahətli söhbətlər” verilişində həmkarı, tanınmış aktrisa Kübra Əliyeva, müğənni Zakir Əliyevlə də bir araya gəlib.
Qeyd edək ki, aktrisa seriallarla yanaşı bir neçə Yeşilçam filmində də rol alıb.
Gununsesi.info