Türkiyənin məşhur müğənnisi həbs edilə bilər - İSTANBUL PROKURORLUĞU GÜLŞINƏ CİNAYƏT İŞİ AÇDI

  • By admin
  • 25 Avqust 2022 16:19

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Gülşən Bayraktar həbs edilə bilər.

Gununsesi.info-nun Türkiyə mətbutaına istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğu müğənni Gülşən Bayraktar Çolakoğlu haqqında “xalqı kin və düşmənçiliyə sövq etmək və ya təhqir etmək” maddəsi ilə istintaqa başlayıb.

HTML tutorial

 

Prokurorluq İstanbulda verdiyi konsert zamanı Gülşənin səhnədə səsləndirdiyi fikirlərə görə Türkiyə Cəza Məcəlləsinin 216-cı maddəsi çərçivəsində vəzifəli olaraq istintaq başlandığını açıqlayıb.

Gülşənin aprelin 30-da verdiyi bildirilən konsertdə səhnədə olarkən bir şəxs haqqında dediyi “O, əvvəllər İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir” sözləri dünən axşam sosial şəbəkədə yayılıb.

Sözügedən ifadənin kimə deyildiyi məlum olmayan videosu yayıldıqdan sonra Twitterdə #GülşenTuklansın həştəqi açılıb.

Gülşən ifadə vermək üçün Çağlayan Ədliyyəsinə gedəcək.

 

Milli Təhsil Nazirliyi də Gülşənə qarşı bəyanat yayıb.

Nazirliyin açıqlamasında aşağıdakı ifadələr yer alıb:

“Yaradıldığı gündən nəsillərin ölkənin milli-mənəvi dəyərləri ilə yetişdirildiyi bu qurumlara, yaxud hər hansı bir məktəb tipimizə və ya bu məktəblərdə təhsil alan şagirdlərimizə qarşı təhqiramiz və marginal ifadələr işlətmək yolverilməzdir. Sözügedən müğənninin bu təhqiramiz və böhtan dolu sözlərinə görə Nazirliyimiz tərəfindən tədbir görülüb”.

ÖNDER İmam Hatiplilər Dərnəyi də Gülşənə qarşı hüquqi prosesin başlanacağını açıqladı.

Bu arada Türkiyənin ədliyyə  naziri Bəkir Bozdağ və AKP deputat qrupunun rəhbəri Numan Kurtuluş da məhşur sənətçini sosial şəbəkə hesablarında tənqid edib.