Türkiyənin məşhur Cumhuriyyət qəzeti Azərbaycanda 9 il azadlıqdan mərhum edilən jurnalist Əvəz Zeynallı barəsində yazıb.
Gununsesi.info Cumhuriyet.com.tr saytına istinadən bildirir ki, məqalədə Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış jurnalistə 9 il azadlıqdan mərhumetmə cəzasının kəsilməsindən bəhs olunur.
Yazıda jurnalistin həyat yoldaşı Məlahət Zeynalovanın da fikirlərinə yer ayrılıb. Jurnalsitin xanımı bildirib ki, həyat yoldaşı heç bir cinayət törətməsə də onun barəsində belə bir ağır cəza təyin edilib.
Qeyd edək ki, Cumhuriyyət Türkiyənin ana müxalifət partiyası olan CHP orqanıdır.
Gununsesi.info