Türkiyənin Montrö konvensiyasına sadiqliyi nəzərə çatdırılıb

  • By ilhame
  • 25 Yanvar 2024 23:02

Türkiyə Qara dənizdə sülh və sabitliyin təmin edilməsi, mövcud risklərin aradan qaldırılması üçün “Montrö Boğazlar Konvensiyası”na sadiqliyini xüsusi diqqətlə davam etdirəcək.

 

Gununsesi.info-nun verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair bəyanatda deyilir.

 

Həmçinin, Rusiya-Ukrayna müharibəsinin ən qısa zamanda atəşkəslə bitməsinin və daimi sülhün bərqərar olunmasının vacibliyi vurğulanıb.

 

Gununsesi.info