Türkiyənin Müdafiə naziri Azərbaycana gəlir

  • By admin
  • 26 Sentyabr 2017 17:56
59ca5ac62c2aa_kasmot
Sentyabrın 27-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Nurəddin Caniklinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.
Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında rəsmi görüşlərinin keçirilməsi, həmçinin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı – 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirakı nəzərdə tutulub.
Səfər sentyabrın 29-dək davam edəcək.

Gununsesi.info