

Türkiyənin müdafiə naziri Fikri İşık Rusiyanın Suriya məsələsində Türkiyə ilə daha yaxından əməkdaşlıq edəcəklərinə ümidvar olduğunu deyib.
Gununsesi.info “rian.ru”-ya istinadən xəbər verir ki, Türkiyənin müdafiə naziri Fikri İşık bu fikri Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə dilə gətirib. “Rusiya ilə Türkiyə arasında həyata keçirilən mövcud əməkdaşlığa görə sizə təşəkkür edirəm. Ümidvaram ki, bu gün sizinlə Suriya və Hələb məsələsində apardığımız danışıqlar nəinki gələcək əməkdaşlığımızın möhkəmlənməsinə, eyni zamanda digər sahələrdə də əlaəqlərimizin möhkəmlənməsinə gətirib çıxaracaq. Hansı ki, biz bu işdən razı qalcağıq”- deyə, türkiyəli nazir bildirib.
Hələbin azad edilməsi istiqamətində həyata keçirilən əməliyyata toxunan F.İşık bildirib ki, Hələbin şərq hissəsinin azad edilməsi istiqamətində çox uöurlu məliyyat keçirilir: “Hazırda Hələbin şərq hissəsi terrorçulardan azad edilməsi iqtiqamətində uğurlu əməliyyatlar davam edir. Hələbdən müxalifə qüvvələrin ailələrinin və uşaqlarının çıxarılması prosesi davam edir”.
Gununsesi.info