XƏBƏR LENTİ

17 Fevral 2018

15 Fevral 2018 - 15:50

Türkiyənin müdafiə nazirindənŞOK TƏKLİF!

Türkiyə müdafiə naziri Nurettin Canikli amerikalı həmkarı Mattislə görüşdə şok bir təklifi açıqladı.
ABŞ müdafiə naziri Mattislə Brüsseldə keçirdiyi görüş barəsində məlumat verən N. Canikli deyib ki, amerikalı nazir PKK/YPG-yə qarşı savaşa biləcəklərini dilə gətirib.
Gununsesi.info haberturkə istinadən xəbər verir ki, Canikli amerikalı naziri Afrin hərəkatı, hərbi sənaye və aviasiya sahəsindəki layihələr barədə məlumatlandırdığını deyib.
Görüşdə Suriyada YPG terrorçu təşkilatına verdikləri dəstəyi ameriaklı nazirin diqətinə çatdıraraq dedik ki, bu terrorçu PKK-nın güclənməsinə səbəb olur: “YPG-yə verdikləri dəstəyi dayandırmağı tələb etdik. ABŞ-dan milli təhlükəsizliyimizlə bağlı Türkiyənin yanında yer almasını istədik”.
Türkiyəli nazir onu da deyib ki, ABŞ müdafiə naziri Mattis YPG-ni PKK-dan ayıraca biləcəklərini və PKK-ya qarşı savaşa biləcəklərini də dilə gətirdi: “Biz isə PYD/YPG-nin PKK-dan ayrılmasının qeyri-mümkün olmadığını bildirdik. Çünki PYD/YPG PKK-nın özüdür və eyni mərkəzdən idarə olunur. Onlar da bildirdilər ki, PYD/YPG-ni PKK-dan ayıra biləcək bir mexanizmə sahib olduqlarını dedidlər. Ancaq biz bunun mümkün olmadığını düşünürük”.

Gununsesi.info