İran mərkəzli haker qruplarının Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Albaniya, İsrail və Hindistanın müdafiə və aerokosmik sektorunda fəaliyyət göstərən şirkətlərə qarşı kiberhücumlar həyata keçirdiyi iddia edilib.
Gununsesi.info xəbər verir ki, “Google”a bağlı kibertəhlükəsizlik şirkəti “Mandiant” tərəfindən dərc edilən hesabata görə, İran mərkəzli qrupların hazırladıqları sistemlə ölkənin Müdafiə Sənayesi və Aviasiya sektorlarında çalışan şirkətlərə sızmağa cəhd göstərdiyi ortaya çıxıb. 2022-ci ilin oktyabr ayından bəri dəfələrlə hücuma cəhd edən kəşfiyyat qrupları İran bulud mühəndislərindən ibarətdir.
“Cyber Security” şirkəti olan “Mandiant”ın hesabatına görə, kiberhücum etməyə çalışan casuslar məşhur aviasiya markaları və müdafiə sənayesi şirkətlərinin internet saytlarını kopyalayaraq məlumat toplamağa çalışıblar.
“Araşdırmalarımız göstərir ki, bu kiberhücum fəaliyyətləri 2024-cü ilin fevral ayından etibarən aktiv olub və hədəfə alınan təşkilatlar Türkiyə, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və Albaniyada Yaxın Şərqdə müdafiə və aviasiya ilə bağlı olub”, – deyə hesabatda bildirilir.
Qeyd edək ki, Türkiyənin son illər müdafiə sənayesi və aviasiya sektorunda əldə etdiyi irəliləyişlər bütün dünyanın diqqətini cəlb edib.
Türkiyə pilotsuz uçuş aparatları, yerli helikopterləri, yerli və milli döyüş təyyarələri və yerli proqram təminatı ilə dünyanın ən uğurlu ölkələri siyahısına girməyi bacarıb.
Gununsesi.info