Türkiyənin müxalifət partiyası bir gündə 13 minə yaxın üzvünü itirib

  • By ilhame
  • 17 Dekabr 2023 09:18

Türkiyənin müxalif İYİ Partiyasının Diyarbəkir vilayəti üzrə regional şöbəsinin rəhbəri Vejdin Ənsarioğlu dekabrın 16-da partiyanı təxminən 13 min nəfərin tərk etdiyini bildirib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

“Mən və 2018-ci ildən uğrunda mübarizə apardığımız İYİ Partiyanın regional şöbəsinin 12 750 üzvü istefa veririk”, – Ənsarioğlu “X” sosial şəbəkəsində yazıb.

 

Mayın sonundan partiyanın koalisiya daxilində seçkilərdə iştirakına görə orta nəticə göstərməsindən sonra istefalar və qalmaqallar baş qaldırıb.

 

Prezident və parlament seçkilərindən sonra koalisiya dağılıb, İYİ Partiyanın lideri Meral Akşener artıq koalisiyalara girmək niyyətində olmadığını və martın 31-də keçiriləcək bələdiyyə seçkilərində partiyanın müstəqil iştirak edəcəyini açıqlayıb.

 

Yeni müxalifət lideri Özgür Özəl onu inandırmağa çalışsa da, səyləri uğursuz olub.

 

Noyabra olan rəsmi məlumata görə, İYİ Partiyanın 617 min nəfərdən çox üzvü var, bu göstərici ölkə üzrə üçüncüdür.

 

Gununsesi.info