“Türkiyənin narahatlığını dəyərləndirməyə çalışacağıq” - PENTAQON

  • By admin
  • 10 May 2017 15:46

unnamed (9)

ABŞ-ın müdafiə naziri Ceyms Mattis Türkiyənin cənubunda Suriya ilə sərhəd bölgəsində YPG-nin silahlandırılması ilə bağlı yaranmış durumun Ankara ilə ciddi müzakirə olunduğunu dilə gətirib.

Gununsesi.info “Milliyet”ə istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Türkiyənin cənub sərhəddində YPG-nin silahlandırılması ilə bağlı qərarın Türkiyə tərəfindən  sərt mövqe ilə qarşılaması məsələsinə aydınlıq gətirib.

Amerikalı nazir deyib ki, biz Türkiyənin bu narahatlığını nəzərə alacağıq. Çünki Türkiyə Avropanın cənub sərhədlərini qoruyan ölkə olduğundan, bu ölkə ilə birgə əməkdaşlığımız bundan sonra da davam edəcək.

Qeyd edək ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ABŞ-ın YPG-yə silah verməsi qərarını Türkiyə üçün təhdid hesab edib.

Gununsesi.info