
Hüseyin Lazip Diriöz Türkiyənin Rusiyadakı yeni səfiri təyin olunub.
Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, 60 yaşlı Hüseyin Lazip Diriöz Türkiyənin ən təcrübəli diplomatlarından biri sayılır. O, 1978-ci ildən Xarici İşlər Nazirliyində çalışıb. Bundan əvvəl isə NATO ilə əməkdaşlıq departamentinə rəhbərlik edib. Daha sonra İctimaiyyətlə Əlaqələr və Media departamentinin başçısı olub.
H.L.Diriöz 2004-2008-ci illərdə Türkiyənin İordaniyadakı, 2013-cü ildən bəri isə Braziliyadakı səfiri vəzifəsini daşıyıb.
O, 2014-cü ildən Türkiyənin Rusiyadakı səfirliyinə başçılıq edən Ümit Yardımı əvəz edib.
Gülnaz Qənbərli
Gununsesi.info
