Türkiyənin Şərqi Aralıq dənizində ilk bazası: Quzey Kıbrıs rəsmən qərar verdi

  • By admin
  • 24 Yanvar 2024 17:28

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Məclisi Geçitkale Hava Limanının Türkiyə Silahlı Qüvvələrinə ayrılmasına qərar verib.

Gununsesi.info xəbər verir ki, KKTC-nin Mağusa şəhəri yaxınlığındakı Geçitkale Hava Limanı Kipr Türk Sülh Qüvvələri Komandanlığının istifadəsinə verilib. Qərar KKTC parlamentində yekdilliklə qəbul edilib.

KKTC Məclisinin təsdiq etdiyi sənədə görə, Geçitkale Hava Limanı artıq həm hərbi baza, həm də İHA və SİHA mərkəzi olacaq. Hava limanı Türkiyənin Şərqi Aralıq dənizindəki ilk bazası olacaq.

Cənubi Kipr Rum Adminstarasiyai Türkiyənin Geçitkaleni İHA bazasına çevirməsindən narahat olub və mediada qorxulu başlıqlara yer verib.

Cənubi Kiprdə yayımlanan “Offsite News”un dərc etdiyi xəbərdə Türkiyənin İHA-larla bölgədə “metal qəfəs” yaradacağı bildirilib. Xəbərdə Türkiyənin bunun sayəsində Şərqi Aralıq dənizində 200 min kilometrlik əraziyə nəzarət edə bildiyi bildirilib. Kiprli yunanların KKTC-yə mümkün hücumu halında bu bazadan 3 dəqiqə ərzində hava müdaxiləsi ediləcəyi ilə bağlı narahatlıq var.

Gununsesi.info