Türkiyənin səsdən sürətli yeni PUA-sı…

  • By admin
  • 20 Dekabr 2020 19:09

Türk Aerokosmik Sənayesi (TUSAŞ) “Göksunqur” PUA-larını ordunun arsenalına daxil etmək üçün işləri davam etdirir.

Gununsesi.info Türkiyə mənbələrinə istinadla xəbər verir ki, bu PUA-lar səsdən də sürətli olacaq.

“”Göksunqur” saatda 1600 km sürətlə uça biləcək. PUA-ya F-16 və F-4 qırıcılarının raketləri əlavə ediləcək. Bundan başqa, özünü F-16 qırıcısı kimi göstərib, radarlardan yayınma qabiliyyətinə malik olacaq”, – deyə məlumatda deyilir.

Gununsesi.info