
2016-cı ildə Türkiyə hərbi-sənaye kompleksinin ticarət dövriyyəsi 6 milyard dollara çatıb.
Avropa.info xəbər verir ki, bu 2015-ci illə müqayisədə 21,6% çoxdur. Bu barədə Türkiyənin hərbi-sənaye kompleksi assosiasiyası SASAD məlumat yayıb. Keçən il Türkiyə zavodları 12 milyard dollar sifariş alıb.
SASAD-ın məlumatına görə, Türkiyə müdafiə sənayesinin gəlirləri 1,24% artaraq 1,953 milyard dollara qalxıb. Onlardan 1,768 milyardı məhsul üçün, 275 milyon dolları xidmət üçün ödənilib.
Keçən il Türkiyə ABŞ-a 585 milyon dollar dəyərində hərbi sənaye məhsulu satıb.
Türkiyənin Avropa ölkələrinə ixrac etdiyi müdafiə sənayesi məhsullarının məbləği 36% artaraq, 449 milyon dollara çatıb.
Türkiyə eyni zamanda Yaxın Şərq, Asiya, Afrika, Cənubi Amerika ölkələrinə 919 milyon dollarlıq hərbi təyinatlı məhsullar satıb.
Gununsesi.info