Türkiyənin XİN rəhbəri Qətərdə İsmayıl Haniyənin vəzifəsini icra edən şəxslə görüşüb

  • By ilhame
  • 02 Avqust 2024 13:08

Türkiyənin xarici işlər naziri (XİN) Hakan Fidan Qətərin paytaxtı Dohada HƏMAS-ın ən nüfuzlu şəxslərindən biri olan Xalid Məşəllə görüşüb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat Türkiyə XİN-in rəsmi “X” səhifəsində dərc edilib.

 

Məlumatda Xalid Məşəl HƏMAS Siyasi bürosunun rəhbəri vəzifəsini icra edən şəxs kimi təqdim edilib.

 

“Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada HƏMAS Siyasi bürosunun rəhbəri vəzifəsini icra edən Xalid Məşəllə görüşüb və Haniyənin ölümü ilə əlaqədar ona başsağlığı verib”, – deyə nazirliyin məlumatında bildirilib.

Gununsesi.info