Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza zolağındakı vəziyyətlə bağlı ikili standartlar siyasətinin tətbiqinin yolverilməz olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, Türkiyə XİN rəhbəri bu barədə iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birgə mətbuat konfransında bildirib.
O, xüsusilə, Ukrayna və Fələstində baş verənlərlə bağlı müxtəlif yanaşmaların mövcudluğuna diqqət çəkib.
“Ukrayna üçün ayrıca, Fələstin üçün isə ayrıca standartlar ola bilməz. Əgər ədalətli dünya istəyiriksə, biz həmişə prinsipial və ardıcıl hərəkət etməliyik”, – türkiyəli nazir əlavə edib.
Onun sözlərinə görə, Ankara Qəzza zolağında baş verənlərin region ölkələrinə təsir edəcək müharibəyə çevrilməsini istəmir. “Biz bütün oyunçuları davamlı sülh üçün səy göstərməyə çağırırıq”.
Nazir həmçinin bildirib ki, 500-ə yaxın xarici vətəndaşın Qəzzanı tərk etməsi ilə bağlı razılıq əldə olunub.
Gununsesi.info