Türkiyənin yeni baş naziri Binalı Yıldırım oldu

Türkiyənin yeni baş naziri Binalı Yıldırım oldu

bash bakan

Türkiyədə Əhməd Davudoğlu hökumətinin səlahiyyət müddəti başa çatdı. Davudoğlu mayın 22-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədən kənar qurultayından sonra baş nazir vəzifəsindən istefasını prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib. Ərdoğan istefanı qəbul edib və növbəti hökumətin qurulması üçün AKP-nin yeni sədri Binali Yıldırımı görəvləndirib.

Binali Yıldırım qurultay başa çatandan sonra prezident iqamətgahına gedib, Ərdoğanla görüşüb. Məlumatlara görə, görüş təxminən 1 saat davam edib. Ərdoğan yeni baş nazirə uğurlar diləyib, o da prezidentə təşəkkürünü çatdırıb.

Türkiyənin növbəti, 65-ci hökumətinin tərkibi isə mayın 24-də parlamentdə səsverməyə çıxarılmalıdır.

Bu arada AKP sədrinin müavini Vedat Dəmiröz mətbuata açıqlama verib ki, bundan sonra nazirlərin toplantısı əsasən Beştəpədə (prezident iqamətgahında), prezidentin yanında keçiriləcək. O deyib ki, prezident üsuli-idarəsini praktik olaraq tətbiq edirlər, bunun sadəcə qanuni hala salınması lazımdır və bu istiqamətdə tədbirlər görülür. Dəmiröz konstitusiya dəyişikliyinin şərt olduğunu qeyd edib.

COMMENTS