Türkiyənin yeni “Bayraktar”ı - VİDEO

“Bayraktar Kızılelma” pilotsuz hərbi təyyarə ilk dəfə Türkiyənin Samsun şəhərində keçirilən texnologiya festivalında ictimaiyyətə təqdim edilib.

Bu barədə Gununsesi.info “Anadolu”ya istinadla xəbər verir.

HTML tutorial

“Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) yaradıcısı Selçuk Bayraktar Bayraktar “Kızılelma” sistemlərinin hərbi aviasiyanın gələcəyi olduğunu söyləyib. Onun sözlərinə görə, təyyarələr aqressiv manevr etmək qabiliyyətinə malikdirlər və inkişaf etmiş süni intellekt sistemi ilə təchiz ediliblər.

“Bayraktar Kızılelma” haqqında nə məlumdur?

“Bayraktar Kızılelma” ən son reaktiv mühərrikli səsdən sürətli gizli daşıyıcı əsaslı pilotsuz uçuş vasitəsidir.

Dizayn məlumatlarına görə, bu təyyarənin işləmə hündürlüyü 12 000 metr və faydalı yükü 1,5 tondur. Üstəlik, onun istehsalında Ukrayna istehsalı olan mühərriklərdən istifadə olunur. İlk uçuşlar 2023-cü ildə gözlənilir.

Pilotsuz uçuş aparatı düşmən hədəflərinə zərbələr endirmək, eləcə də hava hücumundan müdafiə sistemlərini boğmaq qabiliyyətinə malik olacaq.